Giriş
Salam. Mənə bu gün 6 bildiriş gəlmişdi. Bildirişin birini seçib klik etdim, baxdım. Əslində qalan 5 bildiriş mənə "oxunmamış" kimi görünməli idi. Amma hamısı oxunmuş kimi oldu. Nəzərə alın zəhmət olmazsa.
27.10.2016
Aydındır, təşəkkür edirəm.
27.10.2016
Salam. Bu o halda ola bilər ki, bütün bildirişlər eyni sualdan idi və siz sualı açıb baxanda digər bildirişlərdə oxunmuş kimi qeyd olundu. Və ya siz komputerdən girmişdiniz və klik etməmişdən mouse-u digər bildirişlərin üzərinə aparıb çəkmisiniz. Desktop brauzer versiyasında belədir: mouse işarəsi bildirişin üstünə çıxanda - oxunmuş kimi qeyd olunur.
27.10.2016